Selektiv abort

Doğuşların cinsi nisbətlərinin xəritəsi, 2012-ci il

Selektiv abort — körpənin arzulanan cinsinə əsaslanaraq hamiləliyin dayandırılması təcrübəsi. Xüsusilə ŞərqiCənubi Asiyanın bəzi bölgələri, həmçinin Qafqaz, Qərbi BalkanŞimali Amerika kimi oğlan uşaqlarının qız uşaqlarından daha çox qiymətləndirildiyi yerlərdə qadın döllərinin selektiv abortuna daha çox rast gəlinir.[1][2][3][4]

Üçüncü Milli Ailə və Sağlamlıq Sorğusunun nəticələrinə əsasən, əgər hər iki valideyn, ana və ata və ya sadəcə ata oğlan uşağına üstünlük verirsə, selektiv abort daha çox olur. Yalnız ananın oğlan uşağına üstünlük verdiyi hallarda bu çox güman ki, laqeydlik ilə nəticələnə bilər ki, bu zaman uşağın körpəlikdən sonra sağ qalma ehtimalı olmayacaq.[5]

Selektiv abort ilk dəfə 1975-ci ildə sənədləşdirilib[6] və 1980-ci illərin sonunda Cənubi Koreya və Çində, eyni zamanda və ya bir qədər sonra Hindistanda adi hala çevrilib.

Selektiv abort cinsi nisbətinə təsir göstərir. Müəyyən bir yaş qrupunda olan kişilərin qadınların nisbəti[7][8] dünyada ən çox əhalisi olan iki ölkə olan Çin və Hindistanda balanssızdır. Selektiv abortla bağlı araşdırmalar və hesabatlar əsasən statistik xarakter daşıyır; onlara görə doğum-cins nisbəti — doğulan oğlan və qızların ümumi nisbəti — regional əhali üçün cinsdən asılı olaraq abortların göstəricisidir. Bu fərziyyə bəzi alimlər tərəfindən şübhə altına alınmışdır.[9] Tədqiqatçılar Hindistanda hər il təqribən 50.000–100.000 qızın abort edildiyini, bunun da cinsi nisbətə əhəmiyyətli dərəcədə təsir etdiyini bildirmişdir.[10] Demoqrafik araşdırmalara görə, gözlənilən doğum-cins nisbəti aralığı doğum zamanı 103–107 kişi və 100 qadındır.[11][12][13]

  1. Goodkind, Daniel. "Should Prenatal Sex Selection be Restricted?: Ethical Questions and Their Implications for Research and Policy". Population Studies. 53 (1). 1999: 49–61. doi:10.1080/00324720308069. JSTOR 2584811.
  2. A. Gettis, J. Getis, and J. D. Fellmann (2004). Introduction to Geography, Ninth Edition. New York: McGraw-Hill. pp. 200. ISBN 0-07-252183-X
  3. HIGH SEX RATIO AT BIRTH IN SOUTHEAST EUROPE Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine Christophe Z Guilmoto, CEPED, Université Paris-Descartes, France (2012)
  4. Stump, Doris (2011), Prenatal Sex Selection Arxivləşdirilib 2017-04-21 at the Wayback Machine, Committee on Equal Opportunities for Women and Men, Council of Europe
  5. Robitaille, Marie-Claire; Chatterjee, Ishita. "Sex-selective Abortions and Infant Mortality in India: The Role of Parents' Stated Son Preference". The Journal of Development Studies (ingilis). 54 (1). 2018-01-02: 47–56. doi:10.1080/00220388.2016.1241389. ISSN 0022-0388. 2023-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.
  6. "China's New Birth Rule Can't Restore Missing Women and Fix a Population". Scientific American. 2019-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.
  7. Kumm, J.; Laland, K.N.; Feldman, M.W. "Gene-Culture Coevolution and Sex-Ratios: The Effects of Infanticide, Sex-Selective Abortion, Sex Selection, and Sex-Biased Parental Investment on the Evolution of Sex Ratios". Theoretical Population Biology. 46 (3). December 1994: 249–278. doi:10.1006/tpbi.1994.1027. PMID 7846643.
  8. Gammage, Jeff. "Gender imbalance tilting the world toward men". The Philadelphia Inquirer. June 21, 2011. April 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2013.
  9. James, William H. "Evidence that mammalian sex ratios at birth are partially controlled by parental hormone levels around the time of conception". Journal of Endocrinology. 198 (1). 2008: 3–15. doi:10.1677/JOE-07-0446. PMID 18577567.
  10. Nandi, Arindam. "The Unintended Effects of a Ban on Sex-Selective Abortion on Infant Mortality: Evidence from India". Oxford Development Studies (ingilis). 43 (4). 2015-10-02: 466–482. doi:10.1080/13600818.2014.973390. ISSN 1360-0818. 2023-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-28.
  11. Report of the International Workshop on Skewed Sex Ratios at Birth Arxivləşdirilib 2014-06-11 at the Wayback Machine United Nations FPA (2012)
  12. Kraemer, Sebastian. "The fragile male". BMJ. 321 (7276). 23 December 2000: 1609–1612. doi:10.1136/bmj.321.7276.1609. PMC 1119278. PMID 11124200.
  13. Chao, Fengqing; Gerland, Patrick; Cook, Alex R.; Alkema, Leontine. "Systematic assessment of the sex ratio at birth for all countries and estimation of national imbalances and regional reference levels". Proceedings of the National Academy of Sciences. 116 (19). 7 May 2019: 9303–9311. Bibcode:2019PNAS..116.9303C. doi:10.1073/pnas.1812593116. PMC 6511063. PMID 30988199.

Developed by StudentB